Qaliblər mükafanlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evi 28 May - Respublika Gününə həsr olunmuş şeir müsabiqəsi keçirib. Tədbir Suraxanı rayon Gənclər evində təşkil edilib. Mədəniyyət evindən SİA-ya bildirilib ki, müsabiqə Suraxanı Rayon Gənclər və İdman İdarəsi və rayon mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Şeir müsabiqəsində Suraxanı rayon məktəblərinin şagirdləri iştirak ediblər. Münsiflər heyətində Suraxanı rayon Gənclər evinin direktoru Natəvan Rüstəmova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə Məmmədova, M.Ə.Sabir adına Bülbülə qəsəbə Mədəniyyət evinin direktoru Cavid Məlikov şagirdləri qiymətləndiriblər.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə