Mingəçevir Dövlət Dram teatrı festivalda iştirak edib

Mingəçevir Dövlət Dram teatrı festivalda iştirak edib

Mingəçevir Dövlət Dram teatrı 1-30 may tarixlərində Türkiyənin Giresun şəhərində keçirilən Beynəlxalq Giresun Aksu Festivalı çərçivəsində keçirilən və tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş 23 –cü Beynəlxalq Giresun Teatr festivalında iştirak edib. SİA-nın məlumatına görə, teatrın kollektivi mayın 15 –də Giresun Bələdiyə teatrının səhnəsində, may ayının 16-da isə Bulancak şəhərində İlqar Fəhminin müəllif olduğu, Bəhram Osmanovun quruluş verdiyi "Son reportaj" tamaşasını Türkiyə tamaşaçılarına təqdim etdi. Tamaşa hər iki şəhərdə türk tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılandı. İlk tamaşadan sonra səhnəyə çıxan Giresun bələdiyyə teatrının direktoru Mingəçevir Dövlət Dram teatrına möhtəşəm tamaşa üçün öz təşəkkürünü bildirərək festivalın simvolu olan hədiyyəni teatrın direktoru Səxavət Məmmədova təqdim edib.

Qeyd edək ki, Türkiyənin müxtəlif teatrları ilə yanaşı Festivalda İran İslam Respublikası, Rusiya Federasiyası və Gürcüstan Respublikasının teatrları da iştirak edib.

Növbəti günlər Giresun şəhər Bələdiyyə başqanı Kərəm Aqsunun dəvəti ilə Teatrın rəhbərliyi burada bir sıra görüşlər keçirib. Bələdiyyə başqanın mədəniyyət məsələləri üzrə muavini Həsən Özdəmirin də qatıldığı görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı , Azərbaycan mədəniyyəti,Azərbaycan mətbəxi, Azərbaycan Turizm imkanları haqqında kitablar şəhər rəhbərliyinə təqdim olundu , Mingəçevir şəhəri haqqında, Mingəçevir teatrı haqqında geniş məlumat verildi. Həmçinin şəhər rəhbərliyi Azərbaycanla bağlı xatirələrini bizimlə bölüşüblər.

Səfər çərçivəsində Festivalda iştirak edən Türkiyə və xarici teatrların əməkdaşları ilə də maraqlı görüşlər keçirildi, qərara alındı ki, teatrlar arasında qarşılıqlı əlaqələr yaradılsın.

Bütün xəbərlər Facebook səhifəmizdə