Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyində unudulmaz şair Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə Ə.Fərzəlinin həyat və yaradıcılığından söz açılıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək şairin keçdiyi ömür yoluna nəzər salıb. Diqqətə çatdırıb ki, Ağcabədi şəhərində dünyaya gələn Ə.Fərzəli universitetdə təhsil aldığı vaxtlardan başlayaraq şeirlər yazıb. Şairin yaradıcılıq irsinə 19 kitab, 300-dən çox elmi məqalə daxildir. O, 1976-cı ildən ömrünün sonunadək əsas gücünü "Gəmiqaya-Qobustan" abidələrinin tədqiqinə sərf edib.

Ə.Fərzəli "Gəmiqaya-Qobustan" rəsmlərini ilk dəfə elmi-tarixi, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edib. Onun mislsiz kəşflərindən biri çoxşəkilli-çoxişarəli qədim Azərbaycan əlifbasıdır.

Tədbirdə çıxış edənlər Ə.Fərzəlinin yaradıcılığından, elmi-ədəbi xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə