Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Fikrət Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin 2016- 2017 ci tədris ili üzrə yekun- hesabat konserti keçirilib. SİA-nın məlumatına görə, tədbir görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 95 illiyinə və onun adını daşayan məktəbinin 55 illik yubiyelinə həsr edilib. Tədbirin ilk hissəsi Mərkəzin foyesində baş tutdu. "Odlar Yurdu" rəqs qurupu "Qavalla rəqs" və "Azərbaycan suitası" rəqs kompozisiyaları ilə çıxış ediblər. İkinci hissədə məktəbin tələbələri Azərbaycan Respublikasının Xalq artisti, dirijor Teymur Göyçəyevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayəti ilə Azərbaycan və xarici bəstəkarlarının əsərlərini ifa ediblər. Tamaşaçılar qarşısında Babaşova Xədicə, Cəfərzadə Turan, Hüseynli Abbas, Hacıyeva Humay, Hacıyev Emil, Mürşüdov Səttar, Qasımov Emin, Həsənli Nigar, Nəbizadə Emin, Hacıyeva Məktubə, Məsumova Ləman, Cəfərzadə Kərim və Cabbarov İbrahim çıxış ediblər. Onların ifasında F.Əmirov "Yumoreska", "Aşıqsayağı", İ.S.Bax "Menuet" və "Skerso",A. Məlikov, "Məhəbbət əfsanəsi", N.Aydəmirli "Ballada", V.Adıgözəlov" Lay-lay", H.Xanməmmədov "Kamança və orkestr üçün konsert", V.A.Mosart "Konsert G dur", Niyazinin "Xoreoqrafik vals" əsərləri ifa olundu. İfalar fortepiano, tar, kamança, skripka, fleyta alətlərində səsləndirilib. Konsert tamaşaçıların gur alqışları ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB