Guiseppe Bellandi: "Növbəti tədbirimizin Azərbaycanda keçirilməsindən məmnunluq duyuruq" FOTOLAR

Guiseppe Bellandi: "Növbəti tədbirimizin Azərbaycanda keçirilməsindən məmnunluq duyuruq" FOTOLAR

Xəbər verildiyi kimi, 16-18 may 2017-ci il tarixində Portuqaliyanın Kaldaş de Rainya şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq sektorunun aparıcı məsləhətçisi-Assosiasiya üzrə layihə koordinatoru Günel Aslanova iştirak edir. SİA-nın məlumatına görə, Beynəlxalq tədbirin növbəti gününün proqramına uyğun olaraq, 2018-ci ilin may ayında Qalaaltıda keçiriləcək EHTTA-nın növbəti Baş Assambleyasının gündəliyi, iştirakçılar və təşkilati məsələlər haqqında geniş müzakirələr aparılıb və ölkəmiz tərəfindən geniş təqdimat keçirilib.

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) prezidenti Guiseppe Bellandi çıxış edərək növbəti ildə bu tədbirin məhz Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib və vurğulayıb ki, Qalaaltında Assambleyanın uğurlu şəkildə həyata keçiriləcəyinə əmindir.

Eyni zamanda müzakirələr zamanı yaxın gələcəkdə Azərbaycanın digər termal regionlarının da Assosiasiyaya üzvlüyü məsələsi qaldırılıb.

Xatırladaq ki, ötən ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Qalaaltı" regionu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə