Azərbaycanın milli mədəniyyətinin və gündəlik məişətinin tarixən islami dəyərlər ilə zəngin olduğunu, habelə islamın sülhsevərliyini yerli və xarici vətəndaşlara nümayiş etdirmək məqsədi ilə 17 may 2017-ci il tarixində Biləsuvar rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin (MEMM) və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə iki hissədən ibarət "Sülhü tərənnüm edən İslam" adlı konfrans və kitab sərgisi keçirilib. MEMM-in təbliğat və statistik araşdırmalar şöbəsinin Təbliğat və informasiya sektorundan SİA-ya verilən məlumata görə, tədbir Ulu öndər Həydər Əliyevin abidəsinə gülqoyma mərasimi ilə başlayıb.
.jpg)
Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Misir Mədəniyyət və təhsil əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi, Sudan Respublika səfirinin müavini Muhammed Elballa Osman və başqaları iştirak ediblər.
Konfransda qeyd olunub ki, 2017-ci il Azərbaycan Respublikasının prezidenti tərəfindən "İslam həmrəyliyi ili" elan olunub. Qərb və Şərqin qovşağında yerləşən Azərbaycanda yaşayan xalqlar əsrlər boyu öz zəngin mədəniyyəti ilə seçilmişlər. İslami dəyərləri özündə ehtiva edən milli mədəniyyətimiz dünya mədəniyyət xəzinəsinin zənginləşməsinə öz misilsiz töhvəsini verib. İslamofobiya və dini radikalizm kimi təzahürlər ilə mübarizəyə dəvət edən "İslam həmrəyliyi ili" ölkəmizin sülhsevər imicinin təsdiqlənməsinə xidmət edəcəkdir.
Sərgidə sakinlərin şəxsi kolleksiyalarında və muzeylərdə saxlanılan ərəb dilində yazılmış müxtəlif xarakterli qədim dini kitablar nümayiş olunub.
Qeyd edilib ki, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün "Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu" mövzusunda seminar təşkil olunacaqdır.
Seminarın məqsədi müxtəlif marağa və mütaliə xüsusiyyətinə malik oxucularla kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, hər bir oxucu marağının hərtərəfli öyrənilməsi, yeni müasir oxucuların mədəniyyət müəssisəsi olan kitabxanlara cəlb edilməsi, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.
Seminarda Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Neftçala rayon üzrə baş məsləhətçisi Elmira Kazımova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev, əməkdaşları Nadir Məmmədov, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva, BDU-nun müəllimi İradə Əliyeva, Bakı Humanitar Kollecin müəllimi Sevda Orucova çıxış edəcəklər.
Seminarın sonunda mövzu ətrafında müzakirələrin aparılması və sertifikatların təqdim olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB