İdmançılarımıza dəstək məqsədilə tədbir keçiriləcək AÇIQLAMA

İdmançılarımıza dəstək məqsədilə tədbir keçiriləcək AÇIQLAMA

Ölkəmizdə təşkil olunan tədbirlərə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirilir. SİA-ya açıqlama verən "Mədəniyyət" telekanalının əməkdaşı Şahin Verdiyev IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımıza dəstək məqsədi ilə yeni layihə həyata keçirdiklərini bildirib: "IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımıza dəstək məqsədi ilə layihə gerçəkləşdirmək istəyirik. Belə layihələrdən biri də Az TV-nin "Mədəniyyət" telekanalı və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin birgə təşkilatçılığı ilə Qız qalası qarşısında keçiriləcək konsert proqramıdır. Konsert "Bakı-2017" İslam Həmrəyliyi Oyunları həftəsində idmançılarımıza dəstək məqsədilə təşkil olunacaq. Az TV-nin musiqi kollektivlərinin və solistlərinin iştirakı ilə baş tutacaq. Canlı konsert mayın 19-da saat 11.00-da başlayacaq. Konsert proqramı həmin gün saat 18.00-dək davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə