“Eurovision-2017" mahnı müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Bukmekerlər Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb. SİA-nın məlumatına görə, bukmekerlər İtaliya təmsilçisi Françesko Qabbanini müsabiqənin qalibi kimi proqnozlaşdırırlar. İkinci yerdə Portuqaliyadan Salvador Sobral, üçüncü yerdə isə Bolqarıstan təmsilçisi Kristian Kostov yer alıb.
Bukmekerlər Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyevanı (DiHaj) 15-ci sırada qərarlaşdırıb. Sonuncu pillədə isə Ukrayna təmsilçisi yer alıb.
Xatırladaq ki, mayın 13-də keçiriləcək final mərhələsində Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) 12-ci sırada çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB