Azərbaycan Turizm və Menecment Universitetinin birinci kurs magistr-tələbəsi Fəridə Əkbərova Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Bask Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İspaniyanın San Sebastyan şəhərində keçirilən BMÜTT-nin Qastronomik Turizm 3-cü Dünya Forumunda iştirak edib. SİA-nın məlumatına görə, Beynəlxalq tədbir "İnkişaf Naminə Beynəlxalq Davamlı Turizm İli" çərçivəsində davamlılıq və qastronomik turizm arasında əlaqələrin gücləndirilməsinə həsr olunub. ATMU tələbəsi Qastronomik Turizmə həsr olunan konfransda və BMÜTT Qastronomik Şəbəkəsi tərəfindən keçirilən görüşdə, həmçinin Bereziartua Sirkə Evində bask mətbəxi ilə tanışlıq ekskursiyasına qatılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB