Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan və Fransa baharının şəfəqi" adlı konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə reallaşıb.
Professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə gerçəkləşən konsertdə BMA-nın tələbələri Azərbaycan və fransız bəstəkarlarının klassik musiqi əsərlərini səsləndiriblər.
Bir-birindən parlaq kompozisiyaların yer aldığı musiqi axşamı maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB