Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Sülh oyunları" adlı tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, muzeydə təşkil olunmuş sərgidə gənc rəssamların əl işləri nümayiş olunub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Heydər Əliyev adına Düşüncə Mərkəzinin rəhbəri, şair, publisist Fesih Alioğlu, rəssam Elnurə İsgəndərova çıxış etdilər, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən musiqili kompozisiyalar nümayiş olundu, sərginin iştirakçıları təşəkkürnamələr ilə təltif olunublar.
Tədbirdə gənc rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak ediblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB