25-28 may tarixlərində baş tutacaq MBFWBaku Payız-Qış 2017-2018 moda həftəsinin ilk sezonu başlayır. SİA-nın məlumatına görə, bu ildən "Bakı qeydiyyatı" alan Mercedez-Benz Fashion Week üçün model kastinqi bir neçə gün əvvəl başa çatıb. Fashion Week – moda industriyasının ən mühüm hadisəsidir. 2000-ci ildə fəaliyyətə başlayan Mercedez-Benz Fashion Week, hal-hazırda moda dünyasında ən məşhur tədbirlərdən biri sayılır. Bu hadisə həm də moda və avtomobil istehsalı sahəsində yeni dizayn ideyalarının nümayişinin vəhdətidir.
Mercedez-Benz Fashion Week – orijinal festivaldır. Burada əsas ideya, müxtəlif dünya xalqlarının mədəniyyətini və adət-ənənələrini, onların artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan, aparıcı alman avtomobil istehsalçısının kupe və salon xətlərinin fonunda modaya baxışlarını geniş miqyasda təqdim etməkdir.
Mercedez-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yapponiyada dəb nümayişləri keçirilir.
Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutub.
Mercedez-Benz Fashion Week Baku-nun ilk keçirilmə sahəsi isə şəhərimizin tarixnin müasir arxitektura və dizaynla birləşən, Moda Həftəsinə yeni nəfəs verəcək Passaj 1901 seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB