Avropa Şurasının Rəhbər Komitəsinin 6-cı görüşü keçirilir

Avropa Şurasının Rəhbər Komitəsinin 6-cı görüşü keçirilir

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 6-cı görüşü başlayıb. SİA-nın məlumatına görə, Avropa Mədəniyyət Konvensiyasını imzalamış 50 dövlətin nümayəndələrinin iştirak etdiyi görüşdə Rəhbər Komitənin 3 əsas fəaliyyət istiqaməti müzakirə olunacaq.

Görüşün əsas müzakirə mövzuları "Mədəniyyət, savadlılıq və demokratiya üzrə geniş məlumat bazasına olan tələbat" üzrə Tövsiyələrin ilkin layihəsi, AŞ-nin Landşaft Mükafatı Alyansı ilə bağlı Tövsiyələrin layihəsi, 21-ci əsr üçün yeni Avropa Mədəni İrs Strategiyasının implementasiyasıdır. Görüşün gündəliyində duran digər mühüm məsələ "2018 – Avropa Mədəni İrs İli" ilə bağlı Avropa İttifaqı ilə əməkdaşlıqdır.

Görüşün ilk günü AŞ-nin baş katibinin müavininin "Mədəniyyət və insan hüquqları: Vroslav şərhləri" kitabının son nəşrinin təqdimatı ilə çıxış edəcəyi gözlənilir. Kitab mədəni hüquqların dolğun lüğətidir.

Qeyd etmək lazımdır ki, Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitə AŞ-nin mədəniyyət, irs və landşaft üzrə fəaliyyəti üçün məsul olan qurumudur.

AŞ-nin Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 6-cı görüşündə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə