Ayla Həsənovanın uğurları FOTOLAR

Ayla Həsənovanın uğurları FOTOLAR

2017 ilin mart ayında Həsənova Ayla Tahir qızı "testen art Baku" müsabiqəsində 3-cü yeri tutub. SİA-nın verdiyi məlumata görə, həmin ilin may ayında Türkiyənin Antalya şəhərində keçirilən Harmony müsabiqəsində isə Grand Prize mükafatına layiq görülüb.

Qeyd: Həsənova Ayla 2003-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı şəhər 175 nömrəli orta məktəbin 1 sinifinə gedib. 2011 ildə Vaqif Mustafazadə adına məktəbin 1 sinifinə daxil olub. 25.04.2012-ci ildə Vaqif Mustafazadə adına məktəbdə solo konsert verib. Həmin ilin mart ayında qadınlar günü münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında çıxış edib. 2012 ildə Tofiq Quliyev adına 12 nömrəli məktəbin 2 sinifinə daxil olub.

2016 ildə Lloret de Mar şəhərində keçirilən beynalxalq müsabiqədə 1 yerə layiq qörülüb. Həmin ilin may ayında yenidən Heydər Əliyevin doğum gününə həsr edilmiş məktəbin yekun konsertində Azərbaycan dövlət Filarmoniyasında Teymur Göyçəyivin rəhbərliyi altında uğurlu çıxış edib. May ayında Muğam Mərkəzində keçirilən konsertdə çıxış edib və məktəbin direktoru tərəfindən fəxri fərmana layiq görülüb.

2016 ilin iyun ayında Bakı şəhərində Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində uğurlu çıxış etdiyinə görə, Diploma layiq görülüb. İyun ayında 6 cı sinifdə oxuduğunu baxmayaraq əlavə hazırlaşaraq 7 sinifin imtahanını verib və 7 illik şəhadətnaməni alıb.

2016 ilin iyul ayında Macarıstanın Balaton şəhərində keçirilən beynəlxalq müsabiqədə Grand Prix mükafatına layiq görülüb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi bunlara görə 12 nömrəli məktəbin direktoru Gülnarə Səfərovaya və müəllimi Xaliluyeva Elena Vasilevnaya təşəkkürünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə