"Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib FOTOLAR
Səbail rayonun mərkəzindəki "Sahil bağı"nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, bayramsayağı bəzədilmiş "Sahil bağı"nda böyük abadlıq işləri görülüb, park başdan-başa yenilənib, müxtəlif gül kompazisiyaları hazırlanıb. Parkdakı gül kompazisiyaları insanları dönə-dönə ayaq saxlamağa, çiçəklərin dili ilə baxmağa vadar edib.
Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan və 20 saylı Uşaq Yaradıcılıq Məktəbində məşğul olan 200-dən artıq məktəbli, 100-dən çox gənc rəssam Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyeva portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif guşələrini, gözəl mənzərə və gül kompazisiyalarını əks etdirən rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər verib.
Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib. Sərgi tədbir qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi vaxtı insanlara əsərləri ilə bağlı izahatlar veriblər.
Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmlərinin iştirakı ilə yaradılmış münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən edib. Qaliblər Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar diplomlarla mükafatlandırılıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə təşkilatlarının rəhbərləri, pedaqoji kollektivləri və ictimaiyyət nümayəndələri parkı gəzib, məktəblilərin çəkdikləri rəsmlərlə, parkdakı sərgi və burada yaradılan gül kompazisiyaları ilə tanış olub, səmimi söhbətlər ediblər.
Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB