Azərbaycan Turizm və Menecment Universitetin (ATMU) müəlliməsi Elmira Hacıyeva İsveçrə Konfederasiyasının Lüsern şəhərində keçirilmiş Lüsern Dünya Turizm Forumu çərçivəsində "Think Tank"adlı tədbirdə iştirak ediblər. SİA-nın məlumatına görə, səyahət, turizm və qonaqpərvərlik sahələrində liderlərin görüşdüyü platforma rolunu oynayan forumun əsas mühazirəçiləri BMÜTT-nin baş katibi Taleb Rifai, İsveçrə Federal Departamentinin İqtisadi əlaqələr, Təhsil və Tədqiqat sahələri üzrə rəhbəri federal müşavir Yohann N.Şnayder-Ammann, Deutsche Hospitality təşkilatının baş icraçı direktoru Puneet Çhatval və digər tanınmış təşkilat və şirkətlərin yüksək rütbəli nümayəndələri olublar.
Forum çərçivəsində keçirilmiş olan "Young Talents" adlı tədbirdə ATMU-nu təmsil edən Azərbaycan-Avstriya Turizm Proqramının ikili diplom layihəsi üzrə təhsil alan 3-cü kurs tələbəsi Tamilla Nağıyeva "Turizmdə davamlı inkişaf naminə elektron biletlərin tədbiq etməsinin vacibliyi"ni əks etdirən mühazirə ilə çıxış edib. Dörd günlük tədbirin son günü təşkil edilmiş mədəni proqramlar çərçivəsində ATMU nümayəndələri, o cümlədən 70-dən çox ölkədən olan 600-ə yaxın iştirakçı İsveçrənin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq üçün təşkil edilmiş ekskursiyalara qatılıblar.



.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB