Azərbaycanın premium kinoteatrı "CinemaPlus Ganjlik Mall"da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Tale" qısametrajlı sənədli filmini nümayiş olunacaq. Kinoteatrdan SİA-ya bildirilib ki, mayın 10-da keçiriləcək nümayişə giriş sərbəstdir.
"Tale" Vaqif Mustafayevin dahi lider haqqında çəkdiyi beşinci filmdir. Filmdə 1985-1993-cü illərdə Ulu Öndərin həyatında baş vermiş hadisələr əks olunur. Ekran əsərində ümummilli lider Heydər Əliyev özü həyatının bu çətin illəri haqqında danışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB