“Ağ qayıq” tamaşası səhnədə

“Ağ qayıq” tamaşası səhnədə

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin ifasında "Ağ qayıq" tamaşası təqdim olunub. SİA-nın məlumatına görə, Şuşanın işğalının 25-ci ildönümünə həsr edilmiş tədbir Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.

Dramaturq Elnurə Abdullayevanın müəllifi olduğu pyesin süjeti real hadisələr üzərində qurulub. Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.

Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.

Səhnə əsərində baş rollarda Əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları iştirak ediblər.

Tamaşa rəğbətlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə