Gənc fırça ustalarına xoş xəbər

Gənc fırça ustalarına xoş xəbər

Mayın 18-də "YARAT" Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında bir sıra gənc fırça ustasının əsərlərindən ibarət "Öz əsərini tanıt" adlı müsabiqənin yekun sərgisi açılacaq. SİA-nın məlumatına görə, müsabiqəyə professional və həvəskar rəssamlar və yaxud incəsənət sahəsində təhsil alan tələbələr özləri tərəfindən yaradılmış hər hansı bir əsəri təqdim etməklə (rəsm, heykəl, foto, video, instalyasiya, performans və s.) qatıla bilərlər.

Müsabiqənin qalibi sərgiyə gələn seyrçilər tərəfindən səsvermə yolu ilə müəyyən olunacaq və "YARAT" tərəfindən mükafatlandırılacaq. İştirak etmək istəyənlər əsərlərini may 16-dək [email protected] ünvanına müraciət edə bilər.

Qeyd edək ki, əsərlərin daşınması və quraşdırılması müsabiqə iştirakçıları tərəfindən müvafiq olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə