“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümünə həsr olunan "Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov Ümummilli Lider haqda danışıb: "Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Müasir müstəqil dövlətimizin memarı - Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir, Onun yeritdiyi siyasi kursa inanaraq inamla ardınca gedirdi. Azərbaycanın bütün sahələri əhatə edən inkişaf zəncirindəki böyük uğurlar Ulu Öndərin uzaqgörən siyasi kursu ilə birbaşa bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və inkişaf tendensiyalı prosesin başlanğıc mərhələsi kimi daxil olub. Strateji məqsədli islahat və yeniliklər məhz Heydər Əliyevə məxsus ideyaların əbədi olduğununn şəksiz sübutudur". Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəldib. Fəxrlə deyə bilərik ki, inkişaf strategiyasının müəllifi- Heydər Əliyevin siyasi kursu bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə, uğurla davam etdirilir".
Xidmət mühəndisliyi fakültəsinin dekan müavini, YAP-ın universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov Ulu öndər Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını detallı faktlarla isbatlayıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğunu diqqətə çatdırıb.Hər bir gəncin gələcək inkişafında təhsilin önəmli olduğunu deyib.
"Heydər Əliyev" lektoriyasının rəhbəri,tarix elmləri namizədi,dos.Məhərrəmli Zülfüqarlı,iqtisad elmləri üzrə fəlsəfə doktoru,dosent Anar Eminov,filologiya elmləri namizədi,dosent Kəmalə Kərimova, Dünyamin Qənbərli Ulu Öndərin çoxşaxəli fəaliyyəti ilə bağlı məruzə ediblər. Tədbir ATMU əməkdaşlarından bir qrupuna təntənəli şəkildə YAP üzvlük vəsiqələrinin verilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB