“Sülh oyunları” adlı tədbir-sərgi keçiriləcək

“Sülh oyunları” adlı tədbir-sərgi keçiriləcək

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş "Sülh oyunları" adlı tədbir-sərgi keçiriləcək. SİA-nın məlumatına görə, muzeydə təşkil olunmuş sərgidə gənc rəssamların əl işləri nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağaəli İbrahimov, Olimpiya çempionu Fərid Mansurov və digər qonaqlar çıxış edəcəklər, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yraradıcılıq Evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olunacaq.

Tədbirdə gənc rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə