Misir Milli Tərcümə Mərkəzinin direktoru cənab Ənvər Moğis Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən SİA-ya bildirilib ki, görüş zamanı Tərcümə Mərkəzinin ərəb ədəbiyyatına diqqətindən, bu qurum tərəfindən müxtəlif dövrlərdə məşhur ərəb yazıçıları Nəcib Məhfuz, Mahmud Teymur, İhsan Abdul Quddusun əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Misir ədəbi əlaqələrinin qurulması üzrə hər iki Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən layihələr, həmçinin bu ilin martında Qahirədə işıq üzü görmüş irihəcmli "Müasir Azərbaycan hekayəsi" kitabının, eləcə də ayrı-ayrı yazıçıların kitablarının digər ərəb ölkələrində nəşri və təqdimatı məsələlələri müzakirə olunub.
Ənvər Moğis deyib: "Bu gün Azərbaycanın dünyaya, dini dözümlüyün, xalqlararası qarşılıqlı anlaşmanın bünövrəsini qoyan aparıcı ölkə kimi bir model olaraq təqdim edilməsinin əsas istiqamətlərindən biri də Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasıdır. Bir xalq haqqında, onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün, əlbəttə ki, ilk növbədə onun ədəbiyyatına müraciət olunur. Bu mənada mərkəzinizin gördüyü işlər təqdirəlayiqdir".
Görüşün sonunda qonağa mərkəzin son nəşrlərindən olan, ərəb dilində "Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı" və "İslam Həmrəyliyi İli" münasibətilə tərtib edilmiş "Azərbaycan-ərəb dili danışıq kitabçası" təqdim edilib.Misir Milli Tərcümə Mərkəzinin direktoru cənab Ənvər Moğis Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Tərcümə Mərkəzinin ərəb ədəbiyyatına diqqətindən, bu qurum tərəfindən müxtəlif dövrlərdə məşhur ərəb yazıçıları Nəcib Məhfuz, Mahmud Teymur, İhsan Abdul Quddusun əsərlərinin tərcümə edilərək Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Misir ədəbi əlaqələrinin qurulması üzrə hər iki Mərkəzin birgə təşkilatçılığı ilə həyata keçirilən layihələr, həmçinin bu ilin martında Qahirədə işıq üzü görmüş irihəcmli "Müasir Azərbaycan hekayəsi" kitabının, eləcə də ayrı-ayrı yazıçıların kitablarının digər ərəb ölkələrində nəşri və təqdimatı məsələlələri müzakirə olunub.
Ənvər Moğis deyib: "Bu gün Azərbaycanın dünyaya, dini dözümlüyün, xalqlararası qarşılıqlı anlaşmanın bünövrəsini qoyan aparıcı ölkə kimi bir model olaraq təqdim edilməsinin əsas istiqamətlərindən biri də Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasıdır. Bir xalq haqqında, onun milli düşüncəsi, məişəti, mənəvi dayaqları haqqında məlumat əldə etmək üçün, əlbəttə ki, ilk növbədə onun ədəbiyyatına müraciət olunur. Bu mənada mərkəzinizin gördüyü işlər təqdirəlayiqdir".
Görüşün sonunda qonağa mərkəzin son nəşrlərindən olan, ərəb dilində "Azərbaycan xalqının tarixi, yaxud tərcümeyi-halı" və "İslam Həmrəyliyi İli" münasibətilə tərtib edilmiş "Azərbaycan-ərəb dili danışıq kitabçası" təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB