“Xalçaçı günü” peşə bayramı qeyd olunub FOTOLAR

“Xalçaçı günü” peşə bayramı qeyd olunub FOTOLAR

Azərbaycan Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı qeyd olunub. SİA-nın məlumatına görə, bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş silsilə tədbirlər – dəyirmi masa və ustad dərsləri keçirilib.

Tədbirlərdə 100-dən çox ölkəmizin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak ediblər. Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması, qloballaşma dövründə hər bölgənin spesifik xüsusiyyətlərini yaşatmaq və digər məsələlər müzakirə olunub və gün ərzində Azərbaycan Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil olunub.

Keçirilən sərgi yarmarkasında vətənimizin bütün guşələrindən gələn toxucuların əl işlərindən ibarət xalça və xalça məmulatları nümayişi olunur. Bu zəhmətli işə qiymət verməklə, gələcəkdə bu sahəninin inkişafına və davamına təkan vermiş olarıq.

Bütün xəbərlər Facebook səhifəmizdə