Mayın 29-da Heydər Əliyev Sarayı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Pillə" adlı bayram konserti keçiriləcək. SİA-nın məlumatına görə, idarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı hazırlanıb.
Qeyd edək ki, bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB