Ən çox danışılan layihənin yekun toplantısı başa çatıb FOTO

Ən çox danışılan layihənin yekun toplantısı başa çatıb FOTO

Portuqaliya Respublikasının Porto şəhərində Avropa İttifaqının TEMPUS proqramı üzrə "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr və magistr hazırlığı" layihəsi çərçivəsində keçirilən yekun toplantı başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti və Mingəçevir Turizm Kollecinin, ümumilikdə layihəyə qatılan Avropanın 15 ali təhsil müəssisəsindən olan iştirakçılar informasiya texnologiyaları əsasında bakalavr və magistr pilləsinin tələbələri üçün nəzərdə tutulan kurrikulumların geniş müzakirəsini keçiriblər. ATMU-nun "Mehmanxana və restoran biznesi" kafedrasının müdiri prof. Novruz Quliyevin açıqlamasına görə LMPH TEMPUS layihəsi üzrə irəli sürülən bir sıra təkliflərin yekun hesabat- təqdimatda əksini tapması qərara alınıb. ATMU-nun kafedra müdiri söhbət əsnasında onu da qeyd edib ki, ikili diplom proqramının reallaşmasını ləngidən bəzi məsələlərin həllindən ötrü İspaniyanın Girona Universiteti təmsilçisinin yaxın günlərdə Bakıya məqsədli səfəri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə