Bir sıra ölkələrin nazirləri Forumda iştirak edəcək

Bir sıra ölkələrin nazirləri Forumda iştirak edəcək

4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək. SİA-nın məlumatına görə, "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Banqladeş Xalq Respublikasının mülki aviasiya və turizm naziri Rəşid Xan Menon, Myanma İttifaqı Respublikasının təhsil naziri Myo Qyi, Sudan Respublikasının turizm, əntiq əşyalar və təbiət naziri Muhammed Əbuzaid Mustafa, Efiopiya Federativ Demokratik Respublikasının mədəni inkişaf naziri Remedan Aşenafi Hocelle, Gürcüstanın birlik və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Zimbabve Respublikasının turizm və qonaqpərvərlik sənayesi naziri Valter Mzembi iştirak edəcək.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.

Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.

Forumun rəsmi internet portalı: www.bakuprocess.az

Bütün xəbərlər Facebook səhifəmizdə