“Tı super!” beynəlxalq müsabiqəsinin iştirakçısı jurnalistlərlə görüşüb
"Sputnik Azərbaycan" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Rusiyada keçirilmiş "Tı super!" beynəlxalq müsabiqəsinin iştirakçısı Xoşqədəm Mehdiyevanın jurnalistlərlə görüşü olub.SİA-nın məlumatına görə, Xoşqədəmin həmin müsabiqədə iştirak etdiyi müddətində onu dəstəkləmiş Azərbaycanın Əməkdar Artisti, şoumen, prodüser Murad Dadaşov görüşdə çıxış edib. M.Dadaşov deyib ki, Xoşqədəm çox istedadlı və əməksevər qızdır. Xoşqədəm həmin layihədə ölkəmizi ləyaqətlə təmsil edib, onun ünvanına çoxlu müsbət rəylər daxil olub. Azərbaycanlı gənc ifaçı öz səsi və xarizması ilə münsiflər heyətinin üzvlərini və tamaşaçıları heyran edib, onun böyük gələcəyi var.
X. Mehdiyeva onu dəstəkləmiş insanların hamısına minnətdarlığını bildirərək qeyd edib ki, bu nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Artıq vokal dərslərinə gedir. Gənc müğənni deyib: "Mən çox həyəcanlanırdım, lakin şadam ki, işimin öhdəsindən gələ bildim. Bu layihədə iştirak etməyimə görə qürur duyuram".
Sonra X. Mehdiyeva jurnalistlərin suallarına cavab verib.
Xatırladaq ki, Rusiyanın NTV telekanalı, "Sputnik" informasiya agentliyi və "Sputnik" radiosunun müştərək layihəsi olan "Tı super!" Beynəlxalq vokal müsabiqəsinə bu il fevralın 11-də start verilib. Həmin layihədə ölkəmizi Pərvanə Əlicanova (Bakı) və Xoşqədəm Mehdiyeva (Gəncə) təmsil edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB