“XXI əsrdə muzeyin idarə edilməsi” mövzusunda təlim başlayıb FOTOLAR
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən "XXI əsrdə muzeyin idarə edilməsi" mövzusunda təlim başlayıb. SİA-nın məlumatına görə, Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində muzey işçiləri üçün "Dəyişikliyin gətirdiyi çətinliklər: XXI əsrdə muzeyin idarə edilməsi" mövzusunda təlim kursu başladı. Tədbiri Tvinninq layihəsinin Azərbaycandakı italyan koordinatoru Alessandro Bianki və Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət müəssisələri və xalq yaradıcılığı"şöbəsinin müdiri Fikrət Babayev açıb.
Təlim kursunda strateji planlaşdırma, sərgilərin təşkili, heyətin idarə edilməsi, muzeylərdə sosial məsuliyyət və marketinq kimi mövzular daxil olmaqla muzey idarəçiliyi müxtəlif aspektlərdən təsvir ediləcəkdir. Seminarda Milan Pinokateka Brera Qalereyasının və Braidense Kitabxanasının Baş direktoru, muzeyşünas cənab Ceyms Bredbern öz mülahizə və təcrübələrini bölüşəcək.
Təlimdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu muzeylərindən, Qala Dövlət Tarixi-Etnoqrafik qoruğundan, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdən, Azərbaycan Xalça muzeyindən, Milli İncəsənət muzeyindən, Azərbaycan Milli Tarix Muzeyindən, Milli Teatr Muzeyindən, İstiqlaliyyət Muzeyindən, Muzey Mərkəzindən, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyindən, Bakıdakı bir sıra ev və xatirə muzeylərindən, Mədəniyyət və Turizm Nazirliyindən rəhbər nümayəndələr iştirak edir.
Təlimin müddəti 3 gündür. Sonda iştirakçılara sertifikat təqdim olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB