Bakı Uşaq Teatrı festival çərçivəsində repertuarını açıqlayıb

Bakı Uşaq Teatrı festival çərçivəsində repertuarını açıqlayıb

Bakı Uşaq Teatrının Bakı Şopinq Festivalı çərçivəsində nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, teatr mayın 10-dək festivala töhfə olaraq maraqlı repertuarla çıxış edəcək. Belə ki, mayın 3-də "28 Mall", 5-də və 10-da İçərişəhər, 6-da və 7-də "Park Bulvar" Ticarət Mərkəzində balaca tamaşaçılar üçün səyyar səhnəciklər nümayiş etdirəcək.

Bu gün teatrın "Gənclik Mall"da keçirilən ilk tamaşası maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə