GTT yaradıcı heyəti Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb
Ölkə başçısının 1 may 2017-ci il tarixli "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamına əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup yaradıcı heyəti mükafata layiq görülüb. SİA-nın məlumatına görə, Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə, səhnə fəaliyyətlərindəki nailiyyətlərə görə Əməkdar Artistlər Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov, Nicat Kazımov, Vahid Əliyev, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Prezident mükafatına layiq görülüblər.
Bununla əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ölkə başçısına təşəkkür məktubu ünvanlayıb. Məktubda Cənab Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğının teatr kollektivini yeni yaradıcılıq uğurlarına, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə və onun ölkə hüdudlarından kənarda tanıdılmasında yorulmadan çalışmağa ruhlandırdığı diqqətə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB