Keçən həftə Lənkəran Dövlət Universitetində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Surası arasında elmi müəsisələrdə çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətinə yiyələnmələrinə xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumu Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Elmi-Metodiki Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev imzalamışlar.
Memorandumda mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanlar və qarşılıqlı maraqlar istiqamətində əməkdaşlıq ediləcəyi qeyd olunur.
Tərəflər AMEA-nın gənc alim və mütəxəssisləri ilə mədəniyyət sahəsində fəaliyyət göstərən aidiyyatı səhələrin əməkdaşları arasında birgə təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici aksiya və seminarlar keçirilməsi barədə razılıq əldə edib, ölkəmizin elm və mədəniyyət sahələrinin rasional inkişafı yolunda daha kreativ elmi bilik və bacarıqların tədbiqinə nail olduğunu vurğulamışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB