İsfar Sarabski İstanbul Caz Festivalında çıxış edəcək

İsfar Sarabski İstanbul Caz Festivalında çıxış edəcək

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski iyulun 20-də İstanbul Caz Festivalında çıxış edəcək. Bu barədə məlumat festivalın saytında və İsfar Sarabskinin "facebook" səhifəsində yer alıb. Festival çərçivəsində azərbaycanlı caz pianoçusu Sabancı Universitetinin nəzdində fəaliyyət göstərən Sakıp Sabancı Muzeyində təşkil olunacaq konsertdə çıxış edəcək.

İyulun 4-dən 20-dək davam edəcək festivala dünyanın bir çox tanınmış caz ifaçıları toplaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə