Lənkəranda “Mədəniyyət – davamlı inkişafın amili kimi” elmi seminar keçirildi
Bu gün Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin təşkilatçılığı ilə "İslam həmrəyliyi ilinə" həsr olunmuş "Mədəniyyət naminə elm" şüarı altında "Mədəniyyət – davamlı inkişafın amili kimi" mövzusunda növbəti elmi seminar keçirilmışdir.
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə keçirilmiş tədbirdə respublikanın beş ali məktəbi və AMEA-nın müvafiq elmi institutları təmsil olunmuşdur. Tədbirdə çıxış edən nazir potensialların inteqrasiyasının vacibliyini bildirmiş və birgə layihələrin həyata keçirilməsini tövsiyyə etmişdir.
Seminarın qonaqları olan müxtəlif dövlət və elm müəssisələrinin nümayəndələri ölkənin inkişafında və sabitliyinin təmin olunmasında mədəniyyət amilinin oynadığı rol haqqında "İslamda Kitabxanaşünaslıq mədəniyyəti", "İslam Həmrəyliyi ümumbəşəri dəyərlər kontekstində", "İslam və Dünyəvilik mədəniyyəti: Azərbaycan təcrübəsində", "Yoxsulluğun aradan qaldırılmasında İslam iqtisadiyyatının inkişaf istiqamətləri" adlı məruzələr ilə geniş çıxış etmişlər.
Tədbir çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Gənc alim və mütəxəssislər Şurası arasında əməkdaşlıq Memorandumunun imzalanma mərasimi təşkil olunmuşdur.
Qeyd edək ki, layihənin əsas məqsədlərindən biri respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönləndirmək və mövcud sahədə çalışan əməkdaşların hazırlıq dərəcəsinin artırılmasından ibarətdir.
Belə ki, yerli və xarici elmi müəssisələr ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində Mərkəz tərəfindən müxtəlif təyinatlı layihələr reallaşmışdır. Onların sırasına müxtəlif birgə çap məhsulların nəşr olunması, birgə tədbirlərin keçirilməsi və təcrübə mübadilələrin təşkili də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB