Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiq anılacaq

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiq anılacaq

Beynəlxalq Muğam Mərkəzində "Yenə o bağ olaydı" adlı musiqili-ədəbi gecə keçiriləcək. Muğam Mərkəzindən SİA-ya bildirilib ki, gecə unudulmaz şair Mikayıl Müşfiqin yaradıcılığına həsr olunacaq.

Musiqili-ədəbi gecə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində keçirilən növbəti tədbirdir. Tədbirdə ADMİU-nun müəllim və tələbələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə