"Sonuncu" tamaşası səhnədə

Mayın 4-də YARAT Freestyle və Azərbaycan Dövlət "YUĞ" Teatrı Pərvin Nurəliyevanın eyni adlı pyesi əsasında hazırlanmış Ramiz Həsənoğlunun "Sonuncu" tamaşasını təqdim edəcək. SİA-nın məlumatına görə, tamaşa bu dəfə YARAT-da nümayiş etdiriləcək. Tamaşa qoca, tənha aktyorun həyatının sonuncu günündən bəhs edir. Əlisöhbət Qələndərli adlı tənha aktyor şərəfinə keçirilən benefisdən sonra yatıb teatrda qalır. Bu zaman onun yatdığı məkana gənc teatrşünas gəlir və onların arasında teatr, aktyorun keçmişi, oynadığı rollar, uğurlu tamaşalar, yaşadığı gənclik illəri, nakam məhəbbəti, sənətə vurğunluğu haqqında söhbətlər başlayır, və sonda... Tamaşanın quruluşçu rejissoru xalq artisti, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlu, müəllif Pərvin Nurəliyevadır. Rolları - əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmət Rəhimov və Ləman Novruzova ifa edir.

Qeyd edək ki, tamaşa mayın 4-dü saat 19.00-da YARAT səhnəsində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə