Turizm sahəsində karyera qurmaq istəyən gənclərin nəzərinə!

Turizm sahəsində karyera qurmaq istəyən gənclərin nəzərinə!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə "Karyerada ilk addım" devizi altında tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcək.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxsləri (CV-ləri ilə birgə) tədbirə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə