“Vətən həsrətli mühacir şair” adlı tədbir keçirilib FOTOLAR

“Vətən həsrətli mühacir şair” adlı tədbir keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın mühacir şairi Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş "Vətən həsrətli mühacir şair" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşı Sücayət Piriyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oqtay Rza, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə-publisist Nəcibə İlkin, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, ictimai xadim, şair Elxan Rəsuloğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva qonaqları və tədbir iştirakçılarını salamlayıb. Almas İldırımın ömür yolundan və yaradıcılığından danışan çıxışçılar bidiriblər ki, azadlıq və Vətən eşqi ilə yazıb-yaradan şair çətin, lakin şərəfli həyat yolu keçmişdir. Təkcə yazıları ilə deyil, bioqrafiyası ilə də kimsənin ömür tariхçəsini təkrarlamayan bu qeyri-adi istedad sahibinin tale yolu Dağıstandan, Türkmənistandan, İrandan keçərək Türkiyədə aram tutmuş və o, ömrünün sonlarına qədər burada yaşayıb yaratmışdır.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə