Filmlərimiz Alanya Beynəlxalq Film Festivalına dəvət alıb

Filmlərimiz Alanya Beynəlxalq Film Festivalına dəvət alıb

"Çölçü", "Həddən artıq uyğunluq", "İçəri şəhər" və "Qırmızı bağ" filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıb. Festival mayın 2-dən 8-dək Alanya şəhərində keçiriləcək. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-ya bildirilib ki, "Həddən artıq uyğunluq" mayın 4-də filmi quruluşçu rejissor Ülviyyə Könül və baş rolun ifaçısı Aydan Axundzadə tərəfindən təqdim ediləcək. Elə həmin gün nümayiş olunacaq "Qırmızı bağ" filmini isə ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, baş rolun ifaçısı Gülzar Qurbanova təqdim edəcəklər. Mayın 5-də "İçəri şəhər" filminin təqdimatında ssenari həmmüəllifi və quruluşçu rejissor İlqar Safat, baş rolun ifaçısı Mehriban Zəki iştirak edəcək. "Çölçü" filmi isə mayın 7-də nümayiş olunacaq. Filmi quruluşçu rejissor Şamil Əliyev və baş rolun ifaçısı Bəhruz Vaqifoğlu təqdim edəcəklər.

Qeyd edək ki, Xalq Artisti Fəxrəddin Manafov festivala xüsusi qonaq kimi dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə