Məşhur “Barutti” Bakı Şopinq Festivalında!

Məşhur “Barutti” Bakı Şopinq Festivalında!

Dünyada tanınmış markalardan olan "Barutti" mağazaları da BSF-yə qoşulub. Bakının Lev Tolstoy küçəsi, 191 və Azadlıq prospekti, 163 ünvanlarında yerləşən bu brend mağazalarının alıcıları da artıq Festival fürsətlərindən faydalana bilərlər. SİA-nın məlumatına görə, t

Turistlər və Azərbaycan vətəndaşları festival müddətində "Barutti" brend mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan "Barutti" mağazasında seçilmiş malların qiyməti 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.

Bakı Şopinq Festivalı alıcıları "Baku Shopping Festival – Tax Free" loqosu olan "Barutti" mağazasında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik əlavə dəyər vergisini (ƏDV) də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Bütün xəbərlər Facebook səhifəmizdə