Bu gündən etibarən, Festivalın sonunadək , mağaza müştərilərin yolunu daha sərfəli təkliflərlə gözləyəcək. Alıcılar üçün seçilmiş mallara 30%-dək endirim təklif ediləcək. SİA-nın məlumatına görə, neftçilər prospektində yerləşən və üstündə "Baku Shopping Festival – Tax Free" loqosu olan "Christian Dior" mağazasında şopinq etməklə, dünyanın aparıcı brendlərindən birində alış-verış etmək imkanı Bakı Şopinq Festivalında!
Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar "Baku Shopping Festival – Tax Free" stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB