Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı pilot layihəyə start verilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul, Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov açıb: " "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə üçün ilk öncə sosial şəbəkələrdə sorğular keçirilib. Həmin sorğu nəticəsində 15 iştirakçı seçilib. Həmin iştirakçılar Azərbaycan Xalça Muzeyini gəzə biləcəklər".
Tədbirdə söz alan Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul layihə haqqında ətraflı məlumat verib: " "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanununun 6-cı maddəsində qeyd olunan "Azərbaycan xalça sənətinin təbliği" bəndinə uyğun olaraq həyata keçirilir. Bu layihəyə ilk olaraq 2016-cı ilin avqust ayında Gəncə şəhərində start verilib. Sözügedən layihəni həyata keçirməyimizdə əsas məqsəd Azərbaycan xalqının sevə-sevə yaşatdığı əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. İstəyirik ki, Azərbaycan gəncləri xalçalarını tanısın. Xüsusi ilə qeyd edim ki, hər bir xalçanın tarixi və dili var. Ona görə də gənclərimiz Azərbaycan xalçasının dərinliklərini bilməlidir. Layihənin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək. 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, toxucu isə xalçanın toxunma texnikalarını öyrədəcək".
Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumat veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB