Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - "İl Tabarro" (Plaş) təqdim olunub. Teatrdan SİA-ya bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə etdiyi səhnə əsərinin bədii rəhbəri Korneliya fon Kerssenbrokdur. Operada Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlər Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova və Tələt Hüseynov çıxış ediblər. Sevgi, romantika, xəyanət və sonu ölümlə nəticələnən səhnə əsərini daha baxımlı edən isə tamaşaçı zövqünü oxşayan musiqi olub. Digər operalardan kəskin dramatik süjet xətti ilə fərqlənən əsər maraqla qarşılanıb.
Qeyd edək ki, opera ilk dəfə teatrda 2014-cü ildə səhnəyə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB