Bakı musiqi məktəblərinin şagirdləri Bakı Şopinq Festivalının açılışında FOTO
Bakı Şopinq Festivalı çərcivəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin nağaraçalanlar ansamblı "Park Bulvar"da və 4 nömrəli uşaq incəsənət məktəbinin ansamblı isə "28 mall"da musiqi proqramları ilə çıxış ediblər. SİA-nın məlumatına görə, ifa olunan Azərbaycan ritmləri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək davam edəcək Şopinq festivalda Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin musiqi məktəbləri rəngarəng konsert proqramları ilə tədbirlərdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB