Əməkdar artistlərimiz Berlində caz festivalında

Əməkdar artistlərimiz Berlində caz festivalında

Mayın 3-dən 7-dək Berlində "XJazz" festivalı keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın Əməkdar artistləri Rain Sultanov (saksafon) və İsfar Sarabski (fortepiano) mayın 4-də festivalda birgə çıxış edəcəklər.

"XJazz" festivalı caz musiqisinə aid mövcud formaların hamısını əhatə edir, habelə əməkdaşlıq edən və birgə layihələr həyata keçirən musiqiçiləri bir araya gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə