Bakı Şopinq Festivalına həsr olunmuş şou-proqram təşkil edilib FOTOLAR
İçərişəhərdə yerləşən Qoşa qala qapısında Bakı Şopinq Festivalına həsr olunmuş şou-proqram təşkil edilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Konqreslər Bürosu və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən konsert respublikanın bir sıra tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutub.
DJ İlham Əmirovun müşayiəti ilə reallaşan şou-proqramda "Natiq" ritm qrupu, "Qaya" ansamblı, müğənnilər Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər maraqla qarşılanıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB