Bakı Ticarət Festivalı günlərində mədəni proqram təşkil olunacaq

Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq. SİA-nın məlumatına görə, Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. Açılış mərasimi 10 aprel 2017-ci il tarixdə Bakı şəhərində keçiriləcək və Azərbaycan tarixində ilk dəfə təşkil olunacaq Şopinq Festivalının açılış mərasiminin hər kəsdə böyük maraq yaradacağı şübhəsizdir. Proqramdan da gördüyünüz kimi, festival özünəxas yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngin olacaq. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialı əks etdirəcək festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində yenilik olacaq ilk festivalımız bir ay davam edəcək və mayın 10-da yekun vurulacaq. Sizlərin iştirakı və Azərbaycan dövlətinin böyük dəstəyi ilə yeni bir ənənənin əsası qoyulmaqdadır. Siz də bu tarixi hadisədən kənarda qalmamaq və festivalın faydasından bəhrələnmək üçün tədbirlərimizə fəal qoşulun.

Aşağıdakı link vasitəsilə mədəni proqramla tanış olmaq mümkündür:

http://bakushopfest.com/event-calendar/

Bütün xəbərlər Facebook səhifəmizdə