“Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində azərbaycanlı rəssamın sərgisi

“Karlyuka” Beynəlxalq Yumor Festivalı çərçivəsində azərbaycanlı rəssamın sərgisi

Ukraynanın Poltava şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılıb. SİA-nın məlumatına görə, Ukrayna Karikaturaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş XVII "Karlyuka" Beynəlxalq Yumor Festivalı çərçivəsində təşkil olunmuş sərgidə rəssamın 50-dən çox əsəri nümayiş olunub.

Qeyd edək ki, bu ilin sonunadək B.Hacızadənin Moskva, Barselona, Təbriz, Sofiya və Ankarada da fərdi sərgiləri açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə