Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri başlayır

Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri başlayır

Azərbaycanda Qazaxıstanın mədəniyyət günləri başlayır. SİA-ya Qazaxıstanın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, 12-15 aprel tarixlərində baş tutacaq mədəniyyət günləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə keçirləcək mədəniyyət günləri çərçivəsində Bakıda və Şəkidə bir sıra tədbirlər təşkil olunacaq. Tədbirlərin məqsədi Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərini, mədəni əlaqələri inkişaf etdirmək, eləcə də yaradıcı kollektivlər arasında təcrübə mübadiləsinin gücləndirilməsidir.

Mədəniyyət günlərinin proqramına Kızılordin vilayətinin musiqiçilərinin konserti, musiqili dam teatrının tamaşasının nümayişi daxildir. Qazaxıstan mədəniyyəti günləri çərçivəsində ilk dəfə olaraq azərbaycanlı yazıçı M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah " əsəri əsasında hazırlanmış tamaşa da göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə