“Sağlam həyat tərzi və mədəniyyət” FOTOLAR

Biləsuvar rayonunda növbəti debatlar keçirilib
“Sağlam həyat tərzi və mədəniyyət” FOTOLAR

7 aprel 2017-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə gənc mədəniyyət işçiləri arasında "Sağlam həyat tərzi və mədəniyyət" mövzusunda növbəti debatları bu dəfə Biləsuvar rayonunda təşkil olunmuşdur.

Heydər Əliyev Mərkəzində keçirilmiş "Pis vərdişlərin insan həyatı üçün zərərli tərəfləri" və "Ümid var (qurtuluş yolu)" panellərdən ibarət olan debatlarda Biləsuvar, Salyan, Neftcala və Cəbrayıl rayonlarıdan olan 100 nəfərdən çox gənc mədəniyyət işçiləri iştirak olmuşdur.

Biləsuvar rayon İH başçısının Humanitar məsələlər üzrə müavini Həyalə Qəmbərova, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili - ombudsman, Cəlilabad regional mərkəzin rəhbəri Ziya İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Azər Sadıqov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin və əməkdaşları: Nurəddin Babayev, Pərvanə Hüseynova, Rəfiqə Hacıyeva və İrina Özçobanın iştirakı ilə keçirilən tədbirdə sağlam gənc nəslin yetişdirilməsi, milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması haqqında müzakirələr və geniş fikir mübadiləsi aparılmışdır.

Vurğulanmışdır ki, son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Debatların məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət və idman tədbirlərinə cəlb edilməsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə