Bakıda Britaniya filmləri festivalı başlayır

Bakıda Britaniya filmləri festivalı başlayır

Bakıda 28 aprel 4 may tarixlərində "British Film Spring" festivalı keçiriləcək. SİA-ya British Council-dan verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində baş tutacaq. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı film nümayiş olunacaq. Bunlar "Yetkinlik həyatının bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, yan, yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm həyat" (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) filmləridir.

British Council-un Azərbaycandakı rəhbəri Elizabet Vayt bildirib ki, bu il festivala çox maraqlı yeni filmlər təqdim olunacaq. "Ümid edirəm ki, tamaşaçılqr filmləri izləmək şansını əldən verməyəcəklər".

Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts isə bildirib ki, səfirlik "British Film Spring" festivalına dəstək verməkdən çox məmnundur.

Bütün filmlər ingilis dilində nümayiş olunacaq, festivalın açılış filmi hesab olunan "Yeniyetmə həyatının bacarıqları" isə Azərbaycan dilində alt-yazılarla izləyicilərə təqdim olunacaq..

Festival "Nizami" Kino Mərkəzində keçiriləcək. Biletlərin qiyməti 2 AZN-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə